IMG-LOGO

Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü

07 Mar 2026 13:12 3 baxış
IMG
0 0

Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.

Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi adı çəkilən idarəyə məxsus “QAZ-53” markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti