IMG-LOGO

Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər

06 Mar 2026 23:36 6 baxış
IMG

Vaşinqton administrasiyası ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 4-6 həftə davam edəcəyini gözləyir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib.

"Mən ABŞ Prezidenti Donald Trampdan əvvəl hər hansı müddətləri açıqlamayacağam. Prezident Trampın əvvəllər bəyan etdiyi kimi, biz "Epik Qəzəb" əməliyyatının məqsədlərinə təxminən 4-6 həftə ərzində nail olunacağını gözləyirik", - o deyib.

Xəbər lenti