IMG-LOGO

Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlanıb

06 Mar 2026 16:20 6 baxış
IMG

Azərbaycan çempionatlarında fevral ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Münsiflər heyətinin səsverməsinə əsasən, Misli Premyer Liqasında "Ayın qolu" layihəsinin qalibi "Neftçi"nin futbolçusu Alessio Kurçi olub.

I Liqada Elşən Abdullayev ("Baku Sportinq"), II Liqada isə Əli Bağırov ("Ağstafa Gəncləri") ən yaxşı qol müəllifləri seçiliblər.

Xəbər lenti