IMG-LOGO

İngiltərənin aparıcı klubları "Fulhem"in yetirməsi Amissanı transfer etmək istəyir

06 Mar 2026 15:52 5 baxış
IMG

İngiltərənin "Fulhem" komandasında çıxış edən futbolçu Samuel Amissa ölkənin aparıcı klublarından birinə keçə bilər.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, "Arsenal", "Mançester Yunayted" və "Çelsi" müdafiəçi ilə yaxından maraqlanır.

18 yaşlı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti növbəti ilin yayında başa çatır.

Qeyd edək ki, "Fulhem"in yetirməsi 2024-cü ildən əsas komandada çıxış edir.

Xəbər lenti