IMG-LOGO

"Tottenhem" Premyer Liqanı tərk etsə, 261 milyon funt sterlinq gəlir itkisi ilə üzləşə bilər

06 Mar 2026 12:38 5 baxış
IMG

"Tottenhem" klubu Premyer Liqanı tərk edəcəyi təqdirdə təxminən 261 milyon funt sterlinq gəlirdən məhrum ola bilər.

"Report" "BBC Sport" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin çempionatın 2025/2026 mövsümünün yekununda Çempionşipə düşməsi maliyyə itkiləri ilə nəticələnəcək.

İngiltərə çempionatında 28 turdan sonra 29 xalla 16-cı pillədə qərarlaşan komanda düşmə zonasından cəmi 1 xallıq məsafədədir.

Mənbənin məlumatına görə, klubun ümumi gəlirləri televiziya hüquqları, sponsorluq müqavilələri və bilet satışından gələn vəsaitlərin azalması hesabına aşağı düşəcək. Hazırda Avropada ən baha bilet satışı (orta hesabla bir oyun üçün 76 funt sterlinq) həyata keçirən klublardan biri olan "Tottenhem" ikinci divizionda qiymətləri əhəmiyyətli dərəcədə endirməl məcburiyyətində qalacaq.

Həmçinin "Nike" və "AIA" ilə imzalanan və illik təxminən 70 milyon funt sterlinq gəlir gətirən sponsorluq müqavilələrində elitanı tərk etmə halında ödənişlərin azaldılması barədə bəndlər yer alır.

Qeyd edək ki, martın 5-də "Kristal Pelas"a doğma meydanda 1:3 hesabı ilə uduzan "Tottenhem" ardıcıl beşinci məğlubiyyətlə üzləşib. Komandanın qələbəsizlik seriyası 11 oyuna çatıb ki, bu da 1935-ci ildən bəri qeydə alınan antirekorddur.

Xəbər lenti