IMG-LOGO

Leandro Andrade "Qarabağ"ın heyətində 200-cü oyununa çıxıb

06 Mar 2026 12:53 5 baxış
IMG

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade komandanın heyətində yubiley oyununa çıxıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "köhlən atlar"ın formasında 200-cü matçını keçirib.

Onun yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Şamaxı" ilə cavab görüşünə (3:1) təsadüf edib.

Andrade bu qarşılaşmalarda ümumilikdə 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), Azərbaycan Kubokunda 18 (2 qol), avrokuboklarda isə 56 (13 qol) oyunda iştirak edib.

Qeyd edək ki, L.Andrade "Qarabağ"da 2021/2022 mövsümündə debüt edib.

Xəbər lenti