IMG-LOGO

"Tottenhem" Premyer Liqada tarixi antirekorda imza atıb

06 Mar 2026 10:37 5 baxış
IMG

"Tottenhem" klubu İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə ardıcıl 11 oyunda qələbə qazana bilməyib.

London təmsilçisi çempionatdakı məğlubiyyət seriyasını da beş matça çatdırıb. İqor Tudorun yetirmələri son olaraq XXIX turda doğma meydanda "Kristal Pelas"a 1:3 hesabı ilə uduzublar.

"Tottenhem" sonuncu qələbəsini 2025-ci il dekabrın 28-də məhz "Kristal Pelas" üzərində (1:0) qazanıb. Həmin vaxtdan bəri keçirilən görüşlərin dördündə heç-heçə qeydə alınıb, yeddi matçda isə komanda meydanı məğlub tərk edib.

Qeyd edək ki, hazırda London klubu 29 oyundan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər lenti