Bakıda avtomobil yük maşınına çırpılıb.
"Report" xəbər verir ki, Əliyev Etibar Akif oğlu idarə etdiyi avtomobil ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkət edərkən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan "Man" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.