IMG-LOGO

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçirilib

05 Mar 2026 18:12 5 baxış
IMG

Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

"Report" Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, turun ilk matçında lider "Neftçi" İK "Şuşa" komandasını sınağa çəkib.

Görüş "ağ-qaralar"ın 14:0 hesablı qələbəsi ilə başa çatıb.

"Araz-Naxçıvan" – "Lənkəran" oyunu isə ikincilər matça gəlmədiyi üçün baş tutmayıb. Bu görüşün nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi tərəfindən müvafiq qərar veriləcək.

Günün son qarşılaşmasında "Baku Fire" 8:6 hesabı ilə U-19 millisini məğlub edib.

Xəbər lenti