IMG-LOGO

Azər Bağırov: "Standart vəziyyətlərdən iki qol buraxmağımız məyusedicidir"

05 Mar 2026 17:34 5 baxış
IMG

"Kəpəz"in Azərbaycan Kubokunun 1/4 finalının "Turan Tovuz"la cavab qarşılşamasında standart vəziyyətlərdən buraxdığı qollar baş məşqçi Azər Bağırovu məyus edib.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.

A.Bağırov azarkeşlərə təşəkkür edib:

"Azarkeşlərimizə minnətdaram. Neçə vaxtdır təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir. Qarşıda "Turan Tovuz"la çempionat matçı var, ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçı və qapıçı məşqçisinin üzərinə düşür. Belə hallarda nəyisə demək çətindir".

Mütəxəssis komandanın fiziki durumu ilə bağlı sualı cavablandırıb:

"Xeyr, heç bir problem yoxdur. Komandamızda əzələ zədəsi mövcud deyil. Sadəcə, Mahamadu Banın çiynində köhnə xroniki problem var. Bu səbəbdən onu start heyətində oynatmadıq".

Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan görüş "Turan Tovuz"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ilk matçda Tovuz təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələmişdi.

Xəbər lenti