Braziliya millisinin futbolçusu Neymar məşqlərə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı hücumçu kollektivdən ayrı, idman zalında hazırlıq keçib. O, hələ bir bir müddət fərdi məşqlərlə kifayətlənəcək.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb. Ulduz futbolçu bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim Telegram kanalımıza abunə olun