Şəkidə transformatora girən kişini cərəyan vuraraq öldürüb.
Lent.az-ın məlumatına görə, hadisə Kiçik Dəhnə kəndində baş verib.
Kənd sakini 65 yaşlı Məcidov Ramis Növzət oğlu naməlum səbəbdən yaşadığı evin yaxınlığındakı transformatora girib. Bu zaman onun əli elektrik naqillərinə toxunub. Nəticədə yüksək gərginlikli cərəyan Ramis Məcidovun ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr transformator elektrik cərəyanı Şəkinin Dəhnə kəndi