IMG-LOGO

Mikayıl Cabbarov Azərbaycanın qızıl medal qazanan güləşçilərini təbrik edib

16.02.2024 11:20 62 baxış
IMG

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçilərini təbrik edib.

“Report”un məlumatına görə, o, bununla bağlı “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

M.Cabbarov ötən gün qadınların yarışında Avropa çempionu olan Mariya Stadnik (50 kq) və Alyona Kolesnikin (59 kq) böyük uğura imza atdıqlarını yazıb: “Mariya Stadnik 10-cu dəfə Avropa çempionu titulunu qazanmaqla bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu tituluna yiyələndi. Mariya və Alyonanı təbrik edirəm. Bu möhtəşəm nailiyyət münasibətilə Azərbaycan güləş ailəsini təbrik edirəm”.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

#Güləş üzrə #AvropaÇempionatı-nda daha bir ilkə imza atdıq! Mariya Stadnik 10-cu dəfə #Avropaçempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı.Təbriklər, Mariya! Təbriklər, Alyona!… pic.twitter.com/RUjD97sp2k

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 15, 2024 Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti