IMG-LOGO

"Qarabağ"ın legioneri İkardi və Di Mariya ilə birlikdə həftənin futbolçusu adına namizəddir

16.02.2024 09:00 145 baxış
IMG

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, 4 oyunçunun yer aldığı siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir də var.

O, Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər namizədlər İtaliyanın "Milan" komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi "Qalatasaray"dan Mauro İkardi və Portuqaliyanın "Benfika" kollektivindən Anxel Di Mariyadır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti