Rəqiblərimi əvvəldən tanıyırdım, yarışa kimlərin gəldiyini bilirdik.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
“Yarışa hazırlıqlarımız çox yaxşı keçdi. Xorvatiyada bir çox ölkələrin idmançılarının qatıldığı təlim-məşq toplantısını keçmişdik. Şükür Allaha, bunun bəhrəsini gördük. Rəqiblərimin hamısını məşqçilərlə analiz etdik. Hər bir rəqibin gücünü analiz edib, onunla necə mübarizə aparacağım barədə düşünmüşdüm”, - o deyib.
H.Cəfərov olimpiya oyunlarına səylə hazırlaşacağını vurğulayıb:
“İnşallah var gücümüzlə çalışıb, səhvlərimizin üzərində işləyib, yaxşı hazırlaşıb olimpiya oyunlarında yaxşı nəticələr əldə edəcəyik”.
Bizim WhatsApp kanalımıza abunə olun