IMG-LOGO

Rafinya 10 fərqli ölkədən ən sevdiyi oyunçuların adlarını çəkdi: biri qapıçıdır

04 Mar 2026 17:34 3 baxış
IMG
0 0

Adidas yeni F50 və Predator butsularının tanıtımı üçün böyük bir kampaniya başladıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Rafinya alman brendinin növbəti tədbirinə qatılıb. Tədbirdə braziliyalı məşhur futbol bloqu Post United üçün keçirilən yarışda iştirak edib.

Qaydalar sadədir: "Barselona"nın qanad oyunçusu jurnalistin adını çəkdiyi ölkədən ən sevdiyi oyunçunu seçir. Rafinyanın heç bir məhdudiyyəti olmayıb; o, aktiv və ya karyerasını başa vuran istənilən oyunçunu seçə bilib.

Cinah oyunçusu Kataloniya klubunda oynamış dörd əfsanəni - Serxio Buskets, Lionel Messi, Ronaldinyo və Tyerri Anrini seçib. Braziliyalı futbolçu həmçinin Almaniyanı təmsil edən bir qapıçı Oliver Kanı da favorit kimi qeyd edib.  

İdman xəbərləri

Xəbər lenti