IMG-LOGO

"Barselona" azarkeşləri kubok matçından əvvəl "Atletiko"nun avtobusuna hücum ediblər

04 Mar 2026 12:45 3 baxış
IMG

İspaniya Kral Kubokunun cavab qarşılaşması öncəsi "Barselona" azarkeşləri "Atletiko" (Madrid) klubunun komanda avtobusuna hücum ediblər.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, hadisə "Nou Kamp" stadionu yaxınlığında qeydə alınıb.

Bir qrup radikal azarkeş Dieqo Simeone və futbolçularını daşıyan avtobusu müxtəlif əşyalar ataraq qarşılayıb. Atılan cisimlərdən biri komanda avtobusunun şüşəsini sındırıb.

Qarşılaşmadan öncə "Barselona" tərəfdarları məşəllər yandırıb, atəşfəşanlıq edərək öz komandalarını müxtəlif şüarlarla ruhlandırmağa çalışıblar.

Qeyd edək ki, Kataloniya klubu iki oyunun nəticəsinə görə (0:4, 3:0) "Kral Kuboku"nda mübarizəni dayandırıb.

Xəbər lenti