IMG-LOGO

Qismət Alıyev "Zirə"nin heyətində 200-cü matçını keçirib

04 Mar 2026 11:34 4 baxış
IMG

"Zirə"nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb, çempionatda 13, avrokubokda 2 qola sevinib.

Qeyd edək ki, Qismət Alıyevin "Zirə"dəki debütü də "Sumqayıt"la matça təsadüf edib. O, 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

Xəbər lenti