Azərbaycanda internet resurslarında əxlaqsız paylaşımlar edən 8 nəfər saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, onlar aşağıdakılardır:
1. Kərimova Zarina Maarif qızı 2. Hüseynova Cəmilə Əlzami qızı 3. Hüseynov Elşad Ehtibar oğlu 4. Zeynallı Təhminə Elman qızı 5. Aslanov Abbas Aslan oğlu 6. Məmmədzadə Arzu Vaqif oğlu 7. Abbasova Samirə Oruc qızı 8. Mirzəyev Kamil Elçin oğlu
Onların barəsində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 5-i inzibati qaydada həbs edilib, 3-ü isə cərimələnib.
Hadisələr