IMG-LOGO

"Mançester Yunayted" Adamsı 40 milyon funt-sterlinqə transfer etməyi planlaşdırır

04 Mar 2026 10:52 4 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubu yay "transfer pəncərəsi"ndə heyətini ən azı bir yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.

"Report" "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində "Bornmut"un ulduzu Tayler Adamsdır.

Klub rəhbərliyi müqaviləsinin müddəti iyunda başa çatacaq və komandadan ayrılacağı dəqiqləşən Kazemironu məhz ABŞ millisinin 27 yaşlı üzvü ilə əvəzləmək niyyətindədir. Adamsın transfer qiyməti təxminən 40 milyon funt-sterlinq dəyərləndirilir ki, bu da Mançester klubu üçün Elliot Anderson, Adam Uorton, Karlos Baleba və Joao Neves kimi digər namizədlərlə müqayisədə daha sərfəli variant hesab olunur.

Mançester təmsilçisinin transfer büdcəsinə komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmaması da ciddi təsir göstərəcək. Hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşan komanda həmçinin Kobbi Maynu ilə müqavilənin yenilənməsi məsələsində yaranan gərginlik səbəbindən mərkəz xəttinə eyni anda iki yeni oyunçu ala bilər.

Qeyd edək ki, T.Adams 2022-ci ildən bəri İngiltərədə çıxış edir və "Bornmut"dakı üçüncü mövsümünü keçirir.

Xəbər lenti