IMG-LOGO

"Barselona" "Atletiko"nu darmadağın etsə də, İspaniya Kubokunun finalına çıxa bilməyib

04 Mar 2026 04:48 3 baxış
IMG

Madridin "Atletiko" klubu "Barselona"nı iki yarımfinal matçında ümumi hesabda məğlub edərək, İspaniya Kubokunun ilk finalçısı olub.

"Report"un məlumatına görə, "Atletiko" Madriddə keçirilən ilk oyunda 4:0 hesabı ilə qalib gəlsə də, səfərdə cavab oyununda 0:3 hesabı ilə məğlub olub.

"Barselona"nın heyətində Mark Bernal (29-cu və 72-ci dəqiqələrdə) iki qol vurub, Rafinya isə (45+5) penaltidə fərqlənib.

"Atletiko" finalda "Atletik" - "Real Sosyedad" oyununun qalibi ilə qarşılaşacaq. "Real Sosyedad" ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu 4 martda keçiriləcək.

Turnirin rekordçusu İspaniya Kubokunu 32 dəfə qazanan "Barselona"dır.

Xəbər lenti