IMG-LOGO

Türkiyə Kuboku: "Qalatasaray"dan qələbə

04 Mar 2026 00:26 68 baxış
IMG
2 0

Futbol üzrə Türkiyə Kubokunun A qrupunda "Alanyaspor" - "Qalatasaray" matçı keçirilib.

Lent.az xəbər verir ki, dördüncü turun oyunu Okan Burukun yetirmələrinin qələbəsi ilə yekunlaşıb - 1:2.

"Qalatasaray"a qələbə qazandıran qolları Barış Yılmaz (penaltidən) və Renato Nhaqa vurublar.

"Alanyaspor"un təsəlli qolunun müəllifi isə Stiv Muniye olub.

Bununla da "Qalatasaray" qrupda ardıcıl dörd oyunda meydandan qalibiyyətlə ayrılıb.

Qalatasaray

Mənbə: lent.az

Xəbər lenti