IMG-LOGO

Ronaldo Ərəbistanı ailəvi tərk etdi

03 Mar 2026 16:54 3 baxış
IMG
1 0

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ailəsi ilə birlikdə təcili olaraq Səudiyyə Ərəbistanını şəxsi təyyarə ilə tərk edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun təyyarəsi “Flightradar24” sistemi vasitəsilə izlənilib və Madridə eniş edib.

Qeyd edək ki, Ronaldo nişanlısı Corcina Rodriqez və beş övladı ilə birlikdə Riyad şəhərində yaşayır. Ötən həftənin sonunda şəhər Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi fonunda dron hücumlarına məruz qalıb. Futbolçunun müharibə təhlükəsi ilə ölkəni tərk etdiyi bildirilir.

İdman xəbərləri

Xəbər lenti