IMG-LOGO

Məşhur hücumçu İranda döyüşmək üçün orduya qoşulmaq istəyir

03 Mar 2026 15:39 3 baxış
IMG
0 0

İran milli komandasının ulduz oyunçusu və Yunanıstanın "Olimpiakos" klubunda oynayan Mehdi Taremi, ABŞ və İsrailin hücumlarından sonra ölkəsinə qayıtmaq, ordu rəhbərliyi və hərbi komandanlığın yanında olmaq, silahlanmaq və İranı müdafiə etmək istədiyini klub rəsmilərinə bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, İran Futbol Federasiyası rəsmiləri onu Yunanıstanda qalmağa razı salmağa çalışıblar, lakin Taremi "Ölkəm mənə ən çox ehtiyac duyduğu vaxt indidir" deyərək imtina edib. 

33 yaşlı oyunçu klub rəsmiləri ilə əlaqə saxlayaraq, ordu rəhbərliyi və hərbi komandanlığın yanında durmaq, silah götürmək və İranı müdafiə etmək istədiyini bildirib. 

Son zamanlar Yunanıstan Super Liqasında "Olimpiakos"da baxımlı oyun göstərən Taremi futbol dünyasında böyük ajiotaj yaradan bir qərar verib. İran mətbuatında yer alan xəbərlərə görə, İran Futbol Federasiyasının rəsmiləri ulduz oyunçunu Yunanıstanda qalıb karyerasını davam etdirməyə razı salmaq üçün çox səy göstərsələr də, Taremi qərarında qətiyyətli qalıb. 

33 yaşlı futbolçunun orduya qoşulmaqda israr etdiyi və yaxınlarına "Vətənimin mənə ən çox ehtiyacı olduğu vaxt indidir. Xalqım və vətənim təhlükədədir və mən orada olmalıyam" dediyi bildirilir.

Əvvəlki illərdə "İnter" və "Porto"da da oynamış Mehdi Taremi vurduğu qollarla dünya miqyasında özünə ad qazanıb.

 

İdman xəbərləri

Xəbər lenti