İngiltərənin "Brayton" klubu hücumçusu Denni Uelbeklə müqavilə müddətini daha bir il uzatmağa qərar verib.
"Report" "Sky Sports News"a istinadən xəbər verir ki, tərəflər arasında hazırkı sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.
Yeni müqavilənin isə yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir.
35 yaşlı futbolçu 2024-cü ildən "Brayton"da çıxış edir. O, bu mövsüm Premyer Liqada 10 qol vurub.
Qeyd edək ki, Denni Uelbek 2011-2018-ci illərdə İngiltərə millisinin formasını geyinib. Forvard ölkəsində "Mançester Yunayted" və "Arsenal" klublarının da şərəfini qoruyub.