IMG-LOGO

İspaniyanın "Alaves" klubu Kike Sançes Floresi baş məşqçi təyin edəcək

03 Mar 2026 16:00 3 baxış
IMG

İspaniyanın "Alaves" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa təmsilçisi ispaniyalı mütəxəssis Kike Sançes Floresə tapşırılacaq. Tərəflər artıq razılığa gəliblər və 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanacaq.

O, bu postda Eduardo Kudetanı əvəzləyəcək.

Xatırladaq ki, Kike Sançes Flores son olaraq 2024-cü ildə "Sevilya"da işləyib.

Xəbər lenti