IMG-LOGO

25 il əvvəl Klopp məşqçilik debütünü edib: “Maynts” həmin günü xatırlatdi

03 Mar 2026 13:04 4 baxış
IMG
0 0

Yurgen Klopp 21-ci əsrin ən görkəmli məşqçilərindən biridir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun məşqçilik karyerası 25 il əvvəl, alman mütəxəssis ikinci Bundesliqanın 20-ci turunda "Maynts" komandasını çalışdırarkən “Duysburq”a qarşı oyun ilə başlayıb.

1:0 hesablı qələbə 33 yaşlı Kloppun rəhbərliyi altında komanda üçün yeddi oyunluq məğlubiyyətsiz seriyanın başlanğıcı olub.

"Maynts" 2003/04 mövsümündə üçüncü yeri tutaraq Almaniyanın yüksək liqasına tarixi yüksəliş qazanıb.

20 ildən çox vaxt keçdikdən sonra Klopp Dortmund "Borussiya"sı ilə Bundesliqa titullarını, "Liverpul"la çoxdan gözlənilən çempionluğu və təbii ki, "mersisaydlılar"la Çempionlar Liqasının qələbəsini qazanıb.

Lakin Yurgen 2024-cü ildə ən böyük nailiyyəti kimi "Maynts"la Bundesliqaya yüksəlməsini adlandırıb: "Görürsünüz, həmin gün həyatımın ən yaxşı günlərindən biri idi, çünki bu, ətrafımdakı hər kəs üçün və əlbəttə, mənim üçün də çox şey ifadə edirdi".

 

İdman xəbərləri

Xəbər lenti