Milli Futbol Liqasının (NFL) komandası olan “Kanzas-Siti Çifs”in çempionluq paradından sonra açılmış atəş nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli orqanlara istinadən “ABC News” məlumat yayıb.
“Kanzas-Sitidə paraddan sonra bir nəfər ölüb, doqquz nəfər yaralanıb”, – telekanal qeyd edib.
Şənlikdə 1 milyona yaxın ziyarətçinin olacağı, 600 hüquq-mühafizə orqanının isə asayişi təmin edəcəyi gözlənilirdi.
Xatırladaq ki, “Kanzas-Siti Çifs” Şimali Amerika Milli Futbol Liqasının (NFL) final oyunu olan Superboulda overtaymdan sonra “San-Fransisko Forti Nayners” i 25-22 hesabı ilə məğlub edib.
Bizim Telegram kanalımıza abunə olun