IMG-LOGO

Azərbaycan Kuboku: "Zirə" – "Sumqayıt" qarşılaşmasının hakimləri açıqlanıb

02 Mar 2026 22:47 3 baxış
IMG

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək "Zirə" – "Sumqayıt" oyununun hakimləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Cavab qarşılaşmasını FIFA referisi Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov onun bu qarşılaşmadakı köməkçiləri olacaqlar.

Azərbaycan Kuboku

1/4 final

3 mart

19:00."Zirə" – "Sumqayıt"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb.

Xəbər lenti