IMG-LOGO

Türkiyədə qızıl mədənindəki torpaq sürüşməsi ilə bağlı 7 nəfər saxlanılıb

14 Feb 2024 21:40 240 baxış
IMG

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənindəki torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.

Bu barədə "Report" TRT-yə istinadən xəbər verir.

Hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.

Bununla yanaşı, torpaq altında qalan doqquz nəfərin xilasedilməsi üçün işlər aparılır.

Fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib. Hadisə qızıl mədəni ərazisində qeydə alınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti