Lamin Yamalın “Vilyarreal”a vurduğu ikinci qolu sadəcə şah əsər deyildi, bu, hər kəsi, xüsusən də tribunadakı anasını təsirləndirən bir an idi.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 36-cı dəqiqədə Yamal topu sağ cinahdan qəbul edib, müdafiəçilərdən asanlıqla yayınıb və topu ustalıqla uzaq küncə göndərib. "Kamp Nou" partlayıb və kameralar dərhal axşamın ən güclü emosiyasını əks etdirib: əlini üzündə saxlayan, gözlərində yaş və qürur olan anasını.
Final fitindən sonra hekayə davam edib. 4-1 hesablı qələbədən sonra Yamal anasını qucaqlamaq üçün tribunaya çıxıb.
Müsahibəsində 18 yaşlı qəhrəman daha bir detal əlavə edib: "Het-trik üçün topu anam alacaq. Mütləq".
Karyerasının ilk het-triki. Və dərhal - anası üçün.
Lamin Yamal


