IMG-LOGO

FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş keçirilib

02 Mar 2026 16:41 6 baxış
IMG
0 0

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda boks üzrə yeniyetmə və böyüklər (qızlar və oğlanlar) arasında keçirilən Azərbaycan çempionatında uğur qazanmış idmançılarla görüş keçirilib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, idman-sağlamlıq klubunda keçirilən görüşdə klubun rəisi polkovnik Füzuli Musayev, məşqçi müəllimlər və idmançılar iştirak ediblər.

Qeyd edək ki, Bakı Boks Mərkəzində keçirilən yarışda FHN-in boks üzrə yeniyetmə və böyüklərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun məşqçi müəllimləri Vüqar Hüseynov və Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, yenyetmə qızlar arasında 52kq çəki dərəcəsində Alsu Yafarova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklər arasında isə komandanın üzvü 80kq çəki dərəcəsində Ayxan Həsənov yarışın bürünc medalının sahibi olub.

Qaliblər Gənclər və İdman Naziirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda iştirak edən məşqçi müəllimləri və nailliyyət əldə etmiş idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

İdman xəbərləri

Xəbər lenti