IMG-LOGO

Messi Pelenin rekordunu təkrarladı

02 Mar 2026 15:10 3 baxış
IMG
6 0

"İnter Mayami" və Argentina milli komandasının hücumçusu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə keçmiş braziliyalı futbolçu Pele ilə eyni göstəriciyə çatıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, martın 2-si gecəsi argentinalı futbolçu Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “Orlando” komandasına qarşı keçirilən müntəzəm mövsüm oyununda iki qol vurub. Messi standart vəziyyətdən vurduğu qolların sayını 70-ə çatdıraraq Pelenin göstəricisini təkrarlayıb.

Messi və Pele futbol tarixində ən çox cərimə zərbəsindən vurulan qollara görə ikinci yerdədirlər. Lider 77 cərimə zərbəsindən qol vuran braziliyalı Juninyo Pernambukanodur.

Messi səkkiz dəfə "Qızıl top" mükafatının sahibidir. Onun futbolçu karyerası 2003-cü ildə başlayıb. Argentinalı "İnter Mayami"dən əlavə, "Barselona" və PSJ-də də oynayıb.

Lionel Messi Pele

Xəbər lenti