IMG-LOGO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

02 Mar 2026 14:58 2 baxış
IMG

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən "Fadil Vokrri" stadionunda təşkil olunacaq.

Xəbər lenti