IMG-LOGO

Osimhen İrana gedir

02 Mar 2026 12:05 3 baxış
IMG
0 0

Osimhen və Ndidi ayın sonunda Nigeriyanın İranla yoldaşlıq oyunu üçün İrana səfər edəcəklər. Lakin İran və İsrail arasında davam edən münaqişə, xüsusən də oyunun İranda oynanacağı üçün azarkeşlər arasında narahatlıq doğurur. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Qalatasaray"ın ulduzu Viktor Osimhen və "Beşiktaş"ın ulduzu Vilfred Ndidi Nigeriya millisinə çağırılıblar. Hər iki oyunçu ayın sonunda keçiriləcək yoldaşlıq oyunu üçün İrana səfər edəcək.

ABŞ-ın dəstəklədiyi İsrail ilə İran arasında müharibənin davam etməsi ilə oyunun İranda keçirilməsi bəzi azarkeşlər arasında narahatlıq yaradıb. Təhlükəsizlik məsələləri ilə bağlı sosial mediada çoxsaylı şərhlər paylaşılıb.

Viktor Osimhen Vilfred Ndidi Nigeriya İran

Xəbər lenti