IMG-LOGO

"Qarabağ" – "Sabah" matçı son 8 mövsümün tamaşaçı rekordunu qırıb

02 Mar 2026 11:59 3 baxış
IMG

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXII turun son oyununa təsadüf edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – "Sabah" matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.

Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan "Sumqayıt" – "Qarabağ" oyununa 9100 seyrçi tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.

"Qarabağ" – "Sabah" matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun "Kəpəz" – "Qarabağ" qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.

Xəbər lenti