İspaniya Sequndasının XXVIII turunun "Sportinq" - "Leqanes"qarşılaşması zamanı azarkeş vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Xixon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə oyunun birinci hissəsinin əvvəlində baş verdiyi üçün matç dayandırılıb və bərpa olunmayıb.
Məlumata görə, dünyasını dəyişən 82 yaşlı azarkeş 40 il idi ki, klubun oyunları üçün mövsümi abunəliyə sahib olub. "Sportinq" klubu hadisə ilə bağlı başsağlığı yayaraq tibbi heyətə, təhlükəsizlik əməkdaşlarına və nümunəvi davranış nümayiş etdirən hər iki komandanın azarkeşlərinə təşəkkür edib.