Fransa təmsilçisi "Lion" Avropanın "Top-5" liqalarında matçın ilk 5 dəqiqəsində ən çox qol vuran komandaların siyahısında birinci yerə yüksəlib.
"Report" "Opta" statistika portalına istinadən xəbər verir ki, buna hücumçu Korenten Tolissonun Fransa çempionatının XXIV turunda "Marsel"lə görüşün (2:3) 3-cü dəqiqəsində fərqlənməsi səbəb olub.
Bununla da "Lion"un bütün turnirlər daxil olmaqla matçların ilk 5 dəqiqəsində vurduğu qolların sayı 6-ya çatıb.
Hazırda fransızlarla eyni göstəriciyə yalnız İngiltərənin "Nyukasl" komandası malikdir. İspaniya "Alaves"i və Almaniya "Bavariya"sı isə hərəyə 5 qolla onları izləyir.
Qeyd edək ki, "Lion" 24 matçdan sonra 45 xalla Fransa çempionatında üçüncü pillədə qərarlaşıb.