IMG-LOGO

Azərbaycanın voleybol millisi Avropa çempionatına Misirdə hazırlaşacaq

14.02.2024 16:16 58 baxış
IMG

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, komanda bu məqsədlə bu gün Şarm əl-Şeyx şəhərinə yola düşüb.

Milli burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcək. U-18 bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşq toplanışına 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, AVRO-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti