IMG-LOGO

Qurban Qurbanov: "Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər"

01 Mar 2026 22:05 2 baxış
IMG

Misli Premyer Liqasının XXII turunda "Sabah"la qarşılaşan "Qarabağ"ın futbolçuları rəqibin gücünü tam bilməyib.

"Report" xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra deyib.

Mütəxəssis rəqibin gücünə də toxunaraq, növbəti matçlarda daha diqqətli olmağın vacibliyini vurğulayıb:

"Belə hallar olur. Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər. Çünki rəqib çox yaxşı formadadır, son 10 oyunda məğlub olmayıblar. Bu gün heç-heçə qeydə alındı, futbolçulara deyəcək sözüm yoxdur. Sadəcə, görünür ki, qarşıdakı oyunlarda daha diqqətli olmalı və fikrimizi tam oyuna yönəltməliyik".

O, hər iki komandanın azarkeşlərinə təşəkkür edib:

"Ümumiyyətlə, çox maraqlı, baxımlı, sürətli və dinamik oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Hesab 1:0 olduqdan sonra böyük risklərə gedirdik. Rəqibin hücum xəttində sürətli və usta oyunçuları var, hər iki epizoddan istifadə etdilər. Amma bu futboldur, hesabın 3:3 olması oyunu daha da maraqlı etdi".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçı 3:3 hesabı ilə yekunlaşıb.

Xəbər lenti