IMG-LOGO

"Turan Tovuz" - "İmişli" matçı qolsuz başa çatıb

01 Mar 2026 18:25 4 baxış
IMG

Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.

"Report" xəbər verir ki, "Turan Tovuz" "İmişli" ilə qarşılaşıb.

"Azərsun Arena"da baş tutan görüşdə qapılara qol vurulmayıb.

Turun mərkəzi qarşılaşmasında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"la üz-üzə gələcək.

Bu nəticədən sonra "Turan Tovuz" hazırda 41 xalla üçüncü pillədə qərarlaşıb. 21 xala malik "İmişli" 9-cu yerdədir

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

Xəbər lenti