“iPhone 15 Pro Max” və “Galaxy S24” smartfonlarınının dözümlülüyünü yoxlamaq üçün eyni məsafədən müxtəlif vəziyyətlərdə düşmə testləri həyata keçirilib.
Lent.az xəbər verir ki, dörd turdan ibarət testin birinci turunda smartfonlar beton döşəmənin üstünə arxaları üstə, ikinci turda küncləri yerə dəyəcək vəziyətdə, üçüncü turda ekranları üstə, dördüncü və sonuncu olan turda isə nisbətədən yüksək hündürlükdən dəfələrlə aşağıya buraxılıb.
İlk turda Galaxy S24 Ultra-nın "Glass Armor" şüşəsinə sahib olmağına baxmayaraq iPhone 15 Pro Max-dan daha çox zədə alması marağa səbəb olub. İkinci turda hər iki cihazın titan çərçivələrini test etmək üçün eyni məsafədən buraxılsa da, nəticələr demək olar ki, heç-heçə ilə bitib. Üçüncü raundda üzü aşağı şəkildə buraxılan smartfonlardan Galaxy S24 Ultra-nın ön şüşəsi bir daha iPhone 15 Pro Max-dan daha çox zədə alıb. Sonuncu raundda isə, cihazlar dəfələrlə yerə buraxıldıqdan sonra iPhone 15 Pro Max-ın ekranı işləməyəcək vəziyətə gəlib.
Testin son nəticəsində PhoneBuff, Galaxy S24 Ultra-ya 37, iPhone 15 Pro Max-a isə 36 bal verib. İlk üç testdə iPhone daha yaxşı performans göstərsə də, ardıcıl düşmələrin baş verdiyi bonus testində Samsung-un ekranı işləməyə davam edərək iPhone-yi qabaqlayıb.