IMG-LOGO

Bəhlul Mustafazadə əməliyyat olunub

01 Mar 2026 16:26 3 baxış
IMG

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

"Report" Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Xəbər lenti