IMG-LOGO

"Yuventus" Manuel Lokatelli ilə müqaviləni 2030-cu ilədək uzatmağı planlaşdırır

01 Mar 2026 13:52 2 baxış
IMG

"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatellini komandada saxlamaq niyyətindədir.

"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin klubu futbolçu ilə müqavilənin müddətini uzadacaq.

Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq.

Yeni müqaviləyə əsasən, oyunçunun illik məvacibi 4 milyon avroya qədər artırılacaq. "Yuventus" bu addımla yarımmüdafiəçiyə cari mövsümdəki çıxışına görə minnətdarlığını ifadə etmək istəyir.

Qeyd edək ki, Manuel Lokatelli 2023-cü ildə "Sassuolo"dan 36 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi cari mövsümdə "Yuventus"un forması ilə çıxdığı 36 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti