IMG-LOGO

Marko Roys "Los-Anceles Qalaksi" ilə yeni müqavilə imzalayıb

01 Mar 2026 11:08 5 baxış
IMG

ABŞ-nin "Los-Anceles Qalaksi" klubu yarımmüdafiəçi Marko Roysla müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb.

"Report" xəbər verir ki, 36 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.

2024-cü ilin avqustunda komandaya qoşulan Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk üç oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.

Qeyd edək ki, "Los-Anceles Qalaksi"yə keçməzdən əvvəl Dortmund "Borussiya"sında çıxış edən Roys bu komandada 429 oyunda 170 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində iki dəfə Almaniyada ilin futbolçusu seçilib, üç dəfə Almaniya Superkubokunu və iki dəfə Almaniya Kubokunu qazanıb.

Xəbər lenti