IMG-LOGO

Ronaldu Səudiyyə Ərəbistanı çempionatının matçında zədələnib

01 Mar 2026 10:51 4 baxış
IMG

"Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının XXIV turunun "Əl-Fəyhi" ilə səfər matçında zədələnib.

"Report"un məlumatına görə, oyunçu 81-ci dəqiqədə axsayaraq meydanı tərk edib. Ehtiyat oyunçular skamyasında onun bud əzələsinə buz qoyulub.

Qeyd edək ki, Ronaldu oyunun əvvəlində penaltidən yararlana bilməyib.

41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının bombardirləri siyahısında 21 qolla üçüncü yerdədir.

Xəbər lenti