Mobil cihazınızın batareyasını doldurmaq bəzən vaxt itkisinə səbəb olur. Ancaq prosesi əhəmiyyətli dərəcədə sürətləndirməyin bir neçə yolu var.
Lent.az həmin yolları təqdim edir:
Enerji təchizatı istifadə edin
Mobil telefonun kompüterdən və ya televizordan şarj edilməsi batareya səviyyəsini doldurmaq üçün "klassik" variantdan daha uzun çəkir. Buna görə də, yalnız kabeldən deyil, həm də enerji təchizatından istifadə edin.
Smartfonunuzu söndürün
Şarj cihazını qoşmazdan əvvəl smartfon söndürülməlidir. Bu zaman qadcet lazımsız proseslərə enerji sərf etməyəcək, buna görə batareya olduqca tez doldurulacaq.
Şarj olunan zaman smartfondan istifadə etməyin
Mobil telefonunuzu söndürə bilmirsinizsə (məsələn, vacib bir zəngi qaçırmaq istəmirsinizsə), heç olmasa şarj edərkən cihazdan istifadə etməyin.
Təyyarə rejimini aktivləşdirin
Telefonunuzu söndürmədən, batareyanın doldurulmasını yavaşladan bütün prosesləri müvəqqəti dayandırmağa imkan verən bir funksiya var.
Söhbət bütün simsiz texnologiyaların eyni vaxtda söndürülməsini nəzərdə tutan təyyarə rejimindən gedir. Telefonunuz şarj olunarkən çalışıb onu təyyarə rejiminə qoyun.