IMG-LOGO

Premyer Liqa: "Qəbələ" - "Karvan-Yevlax" oyununda qalib müəyyənləşməyib

28 Feb 2026 19:06 3 baxış
IMG

Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"la üz-üzə gəlib.

Qəbələ şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Seydina Keyta 37-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. Qonaqlar 7 xalla sonuncu - 12-ci sıradadır.

Günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı" ilə bərabərə qalıb - 2:2.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Xəbər lenti