IMG-LOGO

Ayxan Abbasov: "Neftçi" ilə oyunda bir xala layiq idik"

28 Feb 2026 17:06 2 baxış
IMG

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Neftçi" ilə oyunda bir xala layiq olduqlarını düşünür.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında bildirib.

O, "ağ-qaralar"la heç-heçə etdikləri Misli Premyer Liqasının XXII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Azarkeşlər üçün maraqlı oyun oldu. "Neftçi" kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə, bir xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu".

Qeyd edək ki, "Şamaxı" - "Neftçi" matçı 2:2 hesabı ilə yekunlaşıb.

Xəbər lenti