IMG-LOGO

PSJ prezidenti Vitinyanı "Real"a satmaqdan imtina edib

28 Feb 2026 16:00 2 baxış
IMG

Portuqaliya millisinin futbolçsuu Vitinya İspaniyanın "Real" klubuna keçməyəcək.

"Report" "The Touchline"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Fransa təmsilçisi PSJ-də qalacaq.

Ölkə çempionunun prezidenti Nasser Əl-Xelaifi 26 yaşlı oyunçunu "kral klubu"na satmaq niyyətində deyil.

Qeyd edək ki, Vitinya bu mövsüm PSJ-də 36 oyun keçirib, 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti